Yol.
Qəfləli, qatırlı gedən bəzirgan.
Xəbər ver bir mənə Dərbənd elindən.
Rahın tay eyləyib gedən bəzirgan,
Xəbər ver bir mənə Dərbənd elindən.
(“Dilsuz və Xəzangül”)
*
Mən öz rahimdə olmadım,
Ölüb vətəndə qalmadım.
Sevdim, seçdim, kam almadım,
Belə baxdı qaralıyam.
(“Şəmşir və Sənubər”)
*
Mirzə deyər, gəl fikrinə qələm çək,
Mümkün olmaz, gəl bu kardan sən əl çək,
Düşmə rahi-eşqə, nə qilü-qal çək,
Eşqi yaman dərddi, dərmanı olmaz.
(“Dilsuz və Xəzangül”)